AzTU-nun baş müəlliminin kitabı beynəlxalq nəşriyyatda çap olunub

AzTU-nun baş müəlliminin kitabı beynəlxalq nəşriyyatda çap olunub Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasının baş müəllimi Qadir Qafarovun müəllifi olduğu “Biologically Active Points: studies, applications and technical possibilities” kitabı “LAP LAMBERT Academic Publishing” beynəlxalq nəşriyyatında çap olunub.
Kitabda bioloji aktiv nöqtələrin biofiziki və texniki xüsusiyyətləri qeyd edilir.
Nəşrdə, həmçinin bioloji aktiv nöqtələrin lokalizasiyası ilə yanaşı, terapevtik təsir prosedurlarının realizasiyası üçün texniki imkanların yaradılması mərhələləri araşdırılır. Aparılan tədqiqatlar, eyni zamanda, müəllifin araşdırmaları əsasında bioloji aktiv nöqtələrin tədqiqi üçün texniki vasitələrin aparat və proqram təminatının hazırlanması təklifi irəli sürülür.
Kitab müvafiq sahə üzrə araşdırma aparan tədqiqatçılar, o cümlədən magistrantlar üçün nəzərdə tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər