AMEA Botanika İnstitutunun Mikologiya laboratoriyasının böyük laborantı Yaqut Yusifova Pakistanın Karaçi Universitetində ezamiyyətdə olub.
Yaqut Yusifova ezamiyyət müddətində “Ksilotrof dərman əhəmiyyətli göbələklərin tədqiqi” layihəsi üzrə tədqiqatlar aparıb. Karaçi Universitetinin Biotransformasiya laboratoriyasında Atia-tul-Vahabın rəhbərliyi ilə aparılan tədqiqatlar zamanı gənc tədqiqatçı göbələk növlərinin tərkibindəki bioloji fəal maddələri və onların antifungal, antimikrob aktivliyini tədqiq edib, həmçinin nazik təbəqəli xromatoqrafiya, yüksək performanslı maye xromatoqrafiya, NMR və Mass xromotoqrafiya metodlarını mənimsəyib.
Y.Yusifova ezamiyyət müddətində Karaçi Universitetinin təşkilatçılığı ilə keçirilən “Təbii məhsullar kimyası” adlı 15-ci beynəlxalq simpoziuma “Yabanı bitən göbələklərin bioloji aktiv maddələri” mövzusunda poster məruzə ilə qatılıb. Həmçinin İslamabad şəhərində İslam Əməkdaşlıq Təşkilatının Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMSTECH) təşkilatçılığı ilə keçirilən “Gələcək dünya üçün rəqəmsal texnologiyalar” üzrə beynəlxalq simpoziumun iştirakçısı olub. Khairpur şəhərində Şah Abdul Latif Universitetinin təşkil etdiyi Khairpur beynəlxalq konfransda isə “Yabanı göbələklərin bioloji aktiv maddələrinin TLC ilə ilkin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Tehsil-press.az