Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Cihaz mühəndisliyi kafedrasında Türk Standartları İnstitutunun Azərbaycan təmsilçisi Gülhan Yüzereroğlu ilə görüş olub.
Görüşdə Cihaz mühəndisliyi kafedrasının professor-müəllim heyəti, doktorantlar, magistrant və tələbələr iştirak ediblər.
Cihaz mühəndisliyi kafedrasının müdiri dosent Lalə Bəkirova ADNSU-nun, o cümlədən kafedranın Türkiyənin bir çox ali təhsil müəssisələri ilə mövcud əlaqələrindən danışıb. Türk Standartları İnstitutu ilə əməkdaşlığın genişləndirilməsi barədə söz açan L.Bəkirova birgə layihələrin işlənməsinin əhəmiyyətinə toxunub və bu istiqamətdə təkliflər irəli sürüb.
Gülhan Yüzereroğlu Türk Standartları İnstitutunun fəaliyyətindən bəhs edib, neft sahəsi də daxil olmaqla bir sıra sahələrdə beynəlxalq tələblərə cavab verən milli standartların yaradılması və tətbiqi üçün ADNSU ilə birgə əməkdaşlığın önəmini vurğulayıb.
Görüşdə yeni əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Yüksək potensiallı kadrların hazırlanması üçün təhsil və texnologiya sahələrində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, laboratoriyaların tədris prosesinə və elmi işlərə uyğun sertifikatlaşdırılması, müəllim və tələbə kontingentinə müvafiq standartlara uyğun təlimlərin keçirilməsi, birgə tədbir və layihələrin təşkili və s. məsələlər müzakirə olunub.
Qeyd edək ki, ADNSU ilə Türk Standartları İnstitutu arasında sentyabrın 7-də əməkdaşlıq memorandumu imzalanıb və yol xəritəsi işlənilib.
Tehsil-press.az