Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Türk Standartları İnstitutu arasında əməkdaşlıqla bağlı görüş keçirilib.
Görüşdə çıxış edən ADNSU-nun rektoru professor Mustafa Babanlı universitetin fəaliyyəti haqqında məlumat verib, Türkiyənin bir çox ali təhsil müəssisələri ilə olan əlaqələrindən danışıb. ADNSU-da Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin yaradıldığını, iki mühazirə otağına türkiyəli şəhid professor İlhan Varank və Erol Olçokun adlarının verildiyini qeyd edən rektor Türk Standartları İnstitutu ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən bəhs edib.
Türk Standartları İnstitutunun İdarə Heyətinin sədri Mahmut Sami Şahin neft sahəsi də daxil olmaqla bir sıra sahələrdə beynəlxalq tələblərə cavab verən milli standartların yaradılması və tətbiqi üçün ADNSU ilə birgə əməkdaşlığın önəmini qeyd edib.
Görüşdə, həmçinin yüksək potensiallı kadrların hazırlanması üçün təhsil və texnologiya sahələrində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, laboratoriyaların tədris prosesinə və elmi işlərə uyğun sertifikatlaşdırılması, universitet tərəfindən əldə edilən avadanlıqların standarta uyğunluğu, onlayn və oflayn təlim və təhsillə əlaqə, müəllim və tələbə kontingentinə müvafiq standartlara uyğun təlimlərin keçirilməsi, təhsilin inkişafı üçün birgə tədbir və layihələrin təşkili və digər məsələlər müzakirə olunub.
Sonra türkiyəli qonaqlar ADNSU-da yaradılmış Azərbaycan-Türkiyə Dostluq Mərkəzi ilə tanış olublar.
Tehsil-press.az