ADPU-da təlim: Könüllülük nədir?

ADPU-da təlim: Könüllülük nədir? Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Şamaxı filialının Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Könüllülük nədir?” mövzusunda təlim keçirilib.
Tələbələri ictimai fəaliyyətə yönəltmək, onların potensialından səmərəli formada istifadə etməyə imkan yaratmaq məqsədilə həyata keçirilən təlim Şamaxı Gənclər İnkişaf və Karyera Mərkəzinin (GİKM) əvəzedici direktoru Məhərrəm Məhərrəmli tərəfindən aparılıb.
Universitetin Şamaxı filialının Tarix və coğrafiya müəllimliyi ixtisasının məzunu olan və ali təhsil dövründə bir çox təşkilatlarda könüllü kimi fəaliyyət göstərən Məhərrəm Məhərrəmli könüllü təşkilatların səmərəli fəaliyyət istiqamətləri və ölkəmizdə bu prosesin təşviqi barədə geniş məlumat verib.
Sonda Şamaxı GİKM-in fəaliyyəti haqqında məlumat verilib və onların qeydiyyatdan keçməsi üçün qaydalardan bəhs olunub.
Təlimdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər