Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 və Şamaxı filialının 30 illik yubileyinə həsr olunmuş “Respublikamızda milli-pedaqoji kadrların hazırlanmasında ADPU-nun rolu” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.
Tədbirdə filialın professor-müəllim heyəti və tələbələri, qonaq qismində isə ADPU-nun professoru Malik Cəbrayılov, BDU-nun Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Mirələm Vəliyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan filialın direktoru Tünzalə Yusifova 1921-ci ildə ADPU-nun və 1991-ci ildə onun Şamaxı filialının yaranma tarixi barədə məlumat verib. 100 il ərzində böyük inkişaf yolu keçmiş ADPU-nun bu gün Azərbaycanın ən nüfuzlu ali məktəblərindən birinə çevrilməsindən danışan T.Yusifova bildirib ki, universitet son illərdə yüksək sürətlə inkişaf edib. O, qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı dövlət başçısının təhsil sahəsinə qayğısının növbəti təcəssümüdür. Bu gün ADPU-nun, o cümlədən Şamaxı filialının məzunları Azərbaycanın bütün bölgələrində istər pedaqoji, istərsə də digər dövlət əhəmiyyətli sahələrdə uğurla çalışırlar. Ölkədə təhsil sahəsində aparılan islahatlara bütün imkanları ilə qoşulan ADPU-nun Şamaxı filialı maddi-texniki bazası, təhsil mühiti, keçirilən beynəlxalq və respublika səviyyəli tədbirləri ilə bu gün cəmiyyətdə özünə müsbət imic qazanıb. Filialın məzunları vətənpərvərlik ruhunda tərbiyə olunmaları ilə nəinki pedaqoji və digər sahələrdə, həm də 44 günlük Vətən müharibəsində Azərbaycana və dövlətçiliyimizə olan sədaqətlərini ön sıralarda nümayiş etdiriblər.
“Azərbaycan Dövlət Pedaqoji Universiteti Respublikada pedaqoji təhsilin bayraqdarıdır” mövzusunda məruzə ilə çıxış edən professor Məlikməmməd Cəbrayılov ADPU-nun fəaliyyəti boyunca Azərbaycanda kadr hazırlığı prosesinə verdiyi töhfələrdən, yetişdirdiyi minlərlə maarif və ictimai xadimin Azərbaycan cəmiyyətində oynadığı roldan bəhs edib. Ümummilli lider Heydər Əliyevin hər iki hakimiyyəti dövründə ADPU-nun çiçəklənmə dövrünü yaşadığı xüsusi vurğulanıb. Bu proses bu gün də davam edir və ADPU ən nüfuzlu ali məktəblərdən biri olaraq 20 minə yaxın tələbənin kadr hazırlığını həyata keçirir, həmçinin bir çox beynəlxalq layihələrə qoşulur. Buna misal olaraq Corc Vaşinqton Universiteti ilə ikili diplom layihəsini qeyd edə bilərik. Şamaxı filialında da kadr hazırlığının uğurla həyata keçirildiyi qeyd edilib.
ADPU-nun məzunlarından olan BDU-nun dosenti Mirələm Vəliyev çıxışı zamanı Azərbaycanın ilk ali pedaqoji təhsil ocağının yarandığı gündən üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirməyindən, Respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirməsindən danışıb. Azərbaycanın tanınmış ictimai, elm və mədəniyyət xadimləri arasında Universitetin çox sayda məzunları olduğunu diqqətə çatdıran M.Vəliyev Şamaxı filialında müəllim olaraq fəaliyyət göstərdiyi illərdən də qürur hissi ilə bəhs edib.
Uzun illər Şamaxı filialının direktoru vəzifəsində çalışmış, hazırda filialın Sosial və pedaqoji elmlər kafedrasının müdiri vəzifəsini icra edən dosent Mayıl Alıcanov 1991-ci ildən V.İ.Lenin adına APİ-nin Şamaxı filialı kimi fəaliyyətə başlayan və bu gün ADPU-nun Şamaxı filialı kimi fəaliyyətini davam etdirən filialda hər zaman yüksək elmi-potensiala malik kadrların fəaliyyət göstərdiyini qeyd edib. O, bu gün də filiala yerli kadrlarla yanaşı, ölkənin nüfuzlu ali təhsil müəssisələrindən 10-dan çox alimin dəvət olunduğunu vurğulayıb.
Sonra filialının Tədris və elmi işlər üzrə direktor müavini Şasəddin Mikayılov “ADPU-nun fəaliyyətində Heydər Əliyev erası” və kafedranın müəllimi Yaqut Qasımova “Elmi pedaqoji kadrların hazırlanması günün aktual problemidir” mövzularında çıxış ediblər.
Tehsil-press.az