ADNSU Türkiyənin Nəcməddin Ərbakan Universiteti ilə əməkdaşlıq edəcək

ADNSU Türkiyənin Nəcməddin Ərbakan Universiteti ilə əməkdaşlıq edəcək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlının rəhbərlik etdiyi nümayəndə heyəti Nəcməddin Ərbakan Universitetinin rektoru professor Cem Zorlunun dəvəti ilə Türkiyəyə səfəri çərçivəsində həmin universitetdə olub.
Əvvəlcə Nəcməddin Ərbakan Universitetinin kampus və elmi-tədqiqat layihələri ilə tanışlıq olub.
Görüş zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə dair əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olunub.
ADNSU-nun rektoru M.Babanlı və Nəcməddin Ərbakan Universitetinin rektoru C.Zorlu universitetlər arasında akkreditə olmuş ixtisaslarda ikili diplom layihələri, bəzi ixtisaslarda dəvətli professorların çağırılması və müştərək ikili məqsədli elmi layihələrin işlənib hazırlanması, DATA Mərkəzi, elektron kitabxana, startap, transfer texnologiyaları mərkəzləri arasında əlaqələrin qurulması və s. sahələrdə əməkdaşlığı nəzərdə tutan memorandum imzalayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər