Azərbaycan Dillər Universitetində (ADU) Yunan Araşdırma və Mədəniyyət Mərkəzinin açılışı olub.
Açılış mərasimində Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare, ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Əndru Birdy və başqaları iştirak ediblər.
ADU-nun rektoru akademik Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib, yeni açılan mərkəzin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ADU dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir: “Bu gün universitetimizin həyatında əlamətdar bir gündür. Hər bir azərbaycanlının qəlbində Yunanıstanın tarixinə, mədəniyyətinə böyük sevgi var. İnanıram ki, bizim tələbə və müəllimlərimiz bu mərkəzin daimi üzvləri olacaq, mərkəz onların yunan sevgisini bir az da artıracaq”.
Yunanıstanın ölkəmizdəki səfiri Nikolaos Piperiqkos rektora təşəkkürünü bildirib, gələcəkdə də Azərbaycanla Yunanıstan arasında olan münasibətlərin inkişaf edəcəyinə əminliyini vurğulayıb. Qeyd olunub ki, əlaqələrin elmi, mədəni, siyasi inkişafı hər gün artmaqdadır. “Göstərdiyiniz diqqətə və səmimi görüşə görə sizə öz minnətdarlığımı bildirirəm. İnanıram ki, bu mərkəz tələbələrə, müəllimlərə faydalı olacaq, onların tədqiqat işlərinə öz töhfəsini verəcək. Azərbaycan Dillər Universitetində Yunan Araşdırma və Mədəniyyət Mərkəzinin açılması bizə onu deməyə əsas verir ki, mərkəzin xidmətlərindən universitetin Yunanıstan və digər Avropa ölkələri üzrə ixtisaslaşan tələbələri, Azərbaycan–Yunanıstan əlaqələri ilə maraqlananlar istifadə edəcəklər”, - deyə səfir bildirib.
Mərkəzin açılışından sonra Nikolaos Piperiqkos “Səfir saatı” layihəsi çərçivəsində tələbələrə mühazirə oxuyub və onların suallarını cavablandırıb.
Tehsil-press.az