Pedaqoji Universitetin alimi Rusiyada nəşr olunan ali məktəb dərsliyinin həmmüəllifidir

Pedaqoji Universitetin alimi Rusiyada nəşr olunan ali məktəb dərsliyinin həmmüəllifidir Rusiya Xalq Təsərrüfatı Akademiyası, Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik və Cənubi Rusiya İdarəetmə İnstitutunun Hüquq Tədqiqatları Mərkəzinin filialı tərəfindən beynəlxalq tədqiqat layihəsi çərçivəsində Rusiya Federasiyasının Əməkdar hüquqşünası professor D.Y.Şapsuqovun rəhbərliyi ilə “Qafqaz xalqlarının dövlət və hüquq tarixi” (“İstoriya qosudarstva i prava narodov Kavkaza) adlı dərslik nəşr edilib.
Bu yaxınlarda çapdan çıxmış yeni nəşr “Qafqaz xalqlarının dövlət və hüquq tarixi” dərsliyinin üçüncü hissəsidir. Bu hissədə Osetiya və noqayların dövlət və hüquq tarixi təsvir olunur. Dərsliyin “Noqayların ictimai-siyasi və sosial-normativ sistemi” (Publiçnaya vlasti sotsionormativnaya sistema noqaytsev) bölməsi ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri, tarix elmləri doktoru Sevinc Əliyeva tərəfindən yazılıb.
Dərslik hüquqşünaslıq ixtisası üzrə təhsil alan müəllimlər, tələbələr, aspirantlar, həmçinin Qafqaz və dünya xalqlarının dövlət və hüquqi inkişafını öyrənən tədqiqatçılar üçün nəzərdə tutulub. Kitabda Qafqaz xalqlarının ən qədim dövrlərdən indiyədək dövlət-hüquqi inkişaf tarixi əksini tapıb, həm öz vətənlərində, həm də xarici ölkələrdə onların tarixi taleyi izlənilib və digər sivilizasiyalar, xalqlar və dövlətlərlə qarşılıqlı əlaqəsi təhlil edilib.
Qeyd edək ki, tarix elmləri doktoru S.Əliyeva “Noqayskiye tyurki” (Baku), “Azerbaydjan i narodı Severnoqo Kavkaza” (Baku), “Tyurkskiye narodı Severnogo Kavkaza”, ”Azerbaydjantsı i çeçensı : bratya naveki: azerbaydjano-çeçenskiye istoriçeskiye svyazi” (Qroznı), “Tatarı v Azerbaydjane” (Kazan) “Azerbaydjanskaya Demokratiçeskaya Respublika i qosudarstvennıye obrazovaniya Severnoqo Kavkaza (1918-1920)” (Rostov) və başqa monoqrafiyaların müəllifidir.

Tehsil-press.az

Oxşar xəbərlər