Elmi konfrans: Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması: tarixin dərsləri

Elmi konfrans: Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması: tarixin dərsləri Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Respublika Günü münasibətilə videokonfrans formatında “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması: tarixin dərsləri” adlı beynəlxalq onlayn elmi konfrans keçirilib. Tədbir ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının dəstəyi ilə təşkil olunub.
Universitetin rektoru, professor Cəfər Cəfərov konfrans iştirakçılarını Respublika Günü münasibətilə təbrik edib. Rektor bu günün tariximizdə böyük rolu olduğunu vurğulayaraq, konfransın işinə uğurlar arzulayıb.
Konfransın fəxri qonaqları – Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil üzrə müşaviri Nihat Büyükbaş, Kazak-Türk Universitetinin rektoru, professor Cengiz Tomar, İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin dekanı, professor Hayati Develi 28 May tarixi ilə bağlı fikirlərini bölüşüblər.
Sonra mövzu ilə bağlı məruzələr dinlənilib.
Konfransda ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri Sevinc Əliyevanın "Azerbaydjanskaya Demokraticeskaya Respublika i qosudarstva Severnoqo Kafkaza" və "Azərbaycan Xalq Cümhuriyyəti və Şimali Qafqaz dövlətləri müstəqillik illərində (1918-1920)" adlı rus və Azərbaycan dillərində nəşr edilmiş kitabların təqdimatı keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər