Bakı Dövlət Universitetinin (BDU) tarixçi alimləri Ankarada Mədəniyyət və Turizm Nazirliyinin, Atatürk Mədəniyyət, Dil və Tarix Qurumunun dəstəyi, Türk Tarix Qurumunun təşkilatçılığı ilə keçirilən XVIII Türk Tarix Konqresində iştirak ediblər.
Dünyanın müxtəlif ölkələrindən tarixçilərin qatıldığı tədbirdə universitetin prorektoru, professor Sani Hacıyevin “Ermənilərin Osmanlı imperiyasında hüquqi və sosial statusuna dair”, dosentlər Arzu Məmmədovanın “Erkən orta əsrlərdə Cənubi Qafqazın türk toplumu: Cənubi Qafqazın erkən orta əsr tarixinə yeni bir baxış”, Elvira Lətifovanın “XIX yüzillikdə Rusiya istilasına qarşı Qafqaz xalqlarının azadlıq üsyanı: 1844-cü il İlisu üsyanı nümunəsində”, professor Sevda Süleymanovanın “Əli bəy Hüseynzadənin türkçülük ideyaları” mövzularında məruzələri maraqla dinlənilib.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün dəstəyilə ilk dəfə 1932-ci ildə təşkil olunmuş və 4 ildən bir ənənəvi keçirilən Türk Tarix Konqresi Türkiyənin tarix elmində ən nüfuzlu elmi tədbiri hesab olunur.

Hikmət Əliyev