Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix-coğrafiya fakültəsinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri tarix elmləri doktoru Sevinc Əliyevanın “Şimali Qafqaz dövlətlərinin yaranması: Türkiyə və Azərbaycanın köməyindən Rusiyanın işğalına qədər (1918–1920)” adlı yeni monoqrafiyası Ankarada nəşr edilib.
Əsər 1918-1920-ci illərdə Şimali Qafqazda müstəqil dövlətlərin yaranmasında Türkiyənin roluna həsr olunub.
Kitabda 1918-ci ildə Türkiyənin Azərbaycan Xalq Cümhuriyyətinə təsiri və yardımı mövzusu tarixşünaslıqda geniş şəkildə tədqiq edilib. Arxiv sənədləri əsasında Türkiyənin xarici siyasətinin məqsəd və vəzifələrini, Türkiyənin müxtəlif ictimai-siyasi təşkilatlarının maraqlarını, xarici siyasətin və geosiyasi maraqların regiona təsirini öyrənmək imkanı əldə edilib. Həmin sənədlər vasitəsilə Mudros barışığından sonra da türk zabit və əsgərlərinin və azərbaycanlı könüllülərin Şimali Qafqazdakı müsəlman qardaşlarına heç bir maraq güdmədən yardımını görmək mümkündür. Türk xalqı və türk ordusu ölkədəki çətinliklərə baxmayaraq, bolşevik, daşnak və ağ qvardiya təhlükəsi qarşısında Qafqaz müsəlmanlarını yardımsız qoymadı.
Monoqrafiyada türk ordusu ilə yanaşı, türk və azərbaycanlı könüllülərin Şimali Qafqazdakı fəaliyyətləri, o dövrə aid xatirələrin, dövri mətbuatın və arxiv sənədlərinin analizi, Qafqaz xalqlarının və liderlərinin türklərə qarşı münasibəti diqqətli və əhatəli bir şəkildə tədqiq edilib. Bölgədəki işlər və fəaliyyətlər detallı olaraq təhlil edilib. 322 səhifəlik monoqrafiya müəllifin Türkiyədə çap olunan ilk kitabıdır.
Qeyd edək ki, tarix elmlər doktoru Sevinc Əliyevanın tədqiqatları və kitabları Azərbaycanla yanaşı, Moskva, Kazan, Rostov və digər yerlərdə çap olunub.
Tehsil-press.az