“Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

“Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib Xəzər Universitetində Nizami Rayon Polis İdarəsi (RPİ) və Nizami Rayon İcra Hakimiyyətinin iştirakı ilə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Rektor dosent İradə Xəlilova tədbiri giriş sözü ilə açaraq, narkomaniya ilə mübarizənin vacibliyini, tələbələrin bu sahədə maariflənməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Sonra Nizami RPİ-nin rəisi polis polkovniki Ziya Əliyev narkomaniya və onun fəsadları haqqında tələbələrə ətraflı məlumat verib, bundan qorunmağın yollarını göstərib.
İctimaiyyətlə əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli narkomaniyaya qarşı mübarizədə görülən işlər, bu sahədə tələbələrin rolu haqqında məlumat verib.
Sonda suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər