Mingəçevir Dövlət Universitetində Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən vebinarda giriş sözü ilə çıxış edən MDU-nun prorektor əvəzi Veysəl Əyyubov Azərbaycanda narkomaniya əleyhinə tədbirlərin daim diqqət mərkəzində saxlanıldığını bildirib və bu istiqamətdə həyata keçirilən müvafiq dövlət proqramlarından danışıb.
Cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyaya qarşı mübarizədə maarifləndirmənin önəmindən bəhs edən vebinarın moderatoru, MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev tədbirin proqramında nəzərdə tutulmuş mövzuların aktuallığını diqqətə çatdırıb və sözü məruzəçilərə verib.
MDU-nun müəllimləri Şəfa Quliyeva “Narkotiklər haqqında biliklərin hüquqi aspektləri”, Afina Allahverdiyeva “İnsan mənəviyyatını məhv edən bəla: Narkomaniya” mövzusunda məruzələr ilə çıxış ediblər. Məruzələrdə narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib.
İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr ətrafında aparılan müzakirələrdən sonra “Narkomaniyaya yox deyək” adlı videoçarx nümayiş olunub.
Qeyd edək ki, dünyada hər il 26 iyun tarixi Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Ölkəmizdə narkomaniya əleyhinə aparılan mübarizə tədbirlərinə töhfə vermək məqsədilə MDU-da gənclər arasında müvafiq maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir.
Tehsil-press.az