Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkil etdiyi “Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva “Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsində qalib gəlmiş şagirdləri təbrik edərək hər birinə uğurlar arzulayıb. Şagirdlərin dünyagörüşünün, biliyinin və mənəvi aləminin zənginləşməsində mütaliənin rolunun əvəzsiz olduğunu deyən idarə müdiri bu baxımdan “Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsinin məktəbliləri mütaliəyə həvəsləndirdiyini, cəmiyyətdə kitaba olan marağın artırılmasına xidmət etdiyini nəzərə çatdırıb.
Tədbirdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Ümumi sektorun müdiri Sevinc Rəsulova müsabiqənin qaliblərini təbrik edib, onlara təhsildə və yaradıcılıqda uğurlar arzulayıblar.
Daha sonra müsabiqədə I, II və III yerə layiq görülən qaliblərə medallar təqdim olunub, xüsusi fəallığı ilə fərqlənənlər isə tərifnamə və təşəkkürnamə ilə təltif ediliblər.
Şagirdlər onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, bundan sonra daha əzmlə çalışacaqlarını ifadə ediblər.
Tədbir şagirdlərin ifasında “Cəngi” rəqsi ilə başa çatıb.
Tehsil-press.az