Dünya reytinqlərində irəliləyən universitetlərin sirri nədədir?

Dünya reytinqlərində irəliləyən universitetlərin sirri nədədir? Tədqiqat sahələrində əməkdaşlıq və həmmüəlliflik strategiyası universitetlərimizin reytinqlərdə irəliləməsinə səbəb olacaq
Oktyabrın 12-də Böyük Britaniyanın “Times Higher Education” nəşri dünya universitetlərinin reytinqini (World University Rankings 2023) açıqlayıb. Reytinqə 104 ölkə və region üzrə 1799 universitet daxil edilib. Builki reytinqdə 15,5 milyondan çox tədqiqat nəşri üzrə 121 milyondan çox sitat təhlil olunub və dünya üzrə 40,000 alimin sorğu cavabları daxil edilib. Oksford Universiteti ardıcıl yeddinci ildir ki, reytinqə başçılıq edir. Reytinqin ilk 10-luğu dünyanın ən nüfuzlu universitetlərindən təşkil olunub. Reytinqin 1500+ sıralamasında Bakı Dövlət Universiteti də yer alıb.
Ümumilikdə baxsaq, uzun illər reytinqlərdə dominantlıq edən ABŞ universitetlərinin sayı bir qədər azalmaqdadır. Yuxarı səviyyələrdə ABŞ universitetləri hələ də dominantlıq etsə də, ümumi ölkə nəticələrində geriləmə müşahidə olunmaqdadır. Çin, Səudiyyə Ərəbistanı və BƏƏ ölkələrinin universitetləri isə reytinqlərdə irəliləməkdə davam edirlər. Afrika ölkələri də yeni açıqlanan reytinqlərdə kifayət qədər inkişaf nümayiş etdirə biliblər.
Bəs irəliləyən universitetlərin sirri nədədir? Onlar hansı strategiyalardan istifadə edirlər? Bu suallara cavab tapmaq və təcrübələri öyrənmək üçün ilk növbədə reytinqlərin hansı indikatorlar üzrə tərtib olunduğuna baxmaq vacibdir. Dünya universitetləri reytinqlərini tərtib edərkən 5 sahədə 13 indikatora baxılmaqdadır. Təhlil olunan 5 sahənin hər birinin çəkisi fərqlidir: 1)tədqiqat 30%, 2)tədqiqatlara istinadlar 30%, 3)tədris 30%, 4)beynəlxalq əməkdaşlıq 7,5%, 5)sənaye ilə əlaqələr 2,5%. Göründüyü kimi, təhlil olunan istiqamətlərin əsas çəkisi, 60% məhz tədqiqatlar ilə bağlıdır. Reytinq cədvəlində ilk 100-ə daxil olan universitetlərin göstəricilərini təhlil etdikdə məlum olmuşdur ki, reytinq ballarında ən çox irəliləmə tədqiqat və istinad indikatorlarında müşahidə olunub.
İlk 100-ə daxil olmayan, lakin reytinqlərdə sürətlə irəliləyən Səudiyyə Ərəbistan, BƏƏ, Nigeriya, Misir, Pakistan və Polşa universitetləri həm tədqiqatların həcminin artmasında, həm də tədqiqatlara istinadların artmasında yüksək nəticə göstərmişlər. Bu ölkələrin tədqiqatlarına və istinad olunan elmi işlərə baxdıqda isə məlum olur ki, beynəlxalq əməkdaşlıq tədqiqat potensialının artırılmasında əsas rol oynamışdır. Belə ki, elmi işlərin və onlara istinadların artmasına səbəb xarici ölkə tədqiqatçıları ilə həmin ölkələrin alimlərinin həmmüəllif olduğu məqalələr olmuşdur. Bir qədər də dərindən baxanda məlum olur ki, beynəlxalq əməkdaşlıq daha çox regional səviyyədə olmuşdur. Afrika ölkələri bir-birləri ilə daha çox əməkdaşlıq etmiş və nəticədə birgə elmi işləri yüksək reytinqli jurnallarda dərc edə bilmişlər. Məsələn, Nigeriya alimlərinin həmmüəllif olduqları məqalələrin 28% Asiya Pasifik və 25% Afrika ölkələri alimləri ilə birgə elmi işlərin nəticələri olmuşdur və ya Pakistan alimləri daha çox Çin və Səudiyyə Ərəbistanı alimləri ilə birgə həmmüəllif olmuşlar.
Reytinqlərdə yüksək nəticələr göstərən universitetlər arasında ixtisas sayı az olan universitetlərin də olması müşahidə olunmaqdadır. Belə ki, universitetlər reytinqlərdə göstərilən bütün 11 ixtisas və ya elm sahəsi üzrə nəticələr təqdim etmək məcburiyyətində deyil. İlk 100-yə daxil olan universitetlər arasında 10 universitet 5 və daha az ixtisas üzrə nəticələr təqdim etmişdir.
Eyni zamanda universitetlərin tələbə sayı da reytinqlərə daxil olmaqda rol oynamamaqdadır. Reytinqlərdə kifayət qədər kiçik universitetlərin yüksək yerlər tutması da ortaya çıxmışdır. Məsələn, cəmi 2237 tələbəsi olan Kaliforniya Texnologiyalar İnstitutu dünya reytinqində 6-cı yeri, cəmi 629 tələbəsi olan İtaliyanın Scuola Normale Superiore universiteti 183-cü yeri tutmuşdur.
Başqa maraqlı məqam ondan ibarətdir ki, yüksək nəticə göstərən universitetlərin tədqiqat sahələri daha çox təbiət və kompüter elmləri sahəsində olmuşdur.
Təhlillərdən nəticə çıxartsaq, Azərbaycan universitetlərinin qısa müddətdə reytinqlərdə irəliləməsi üçün imkanların geniş olduğunu görmək olar. Belə ki, cənab Prezident tərəfindən yeni qəbul olunmuş Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında mövcud universitetlərimizdən bir neçəsinin tədqiqat universitetinə transformasiya olunması nəzərdə tutulmuşdur. Əlavə olaraq, magistratura səviyyəsində hazırda mövcud olan beynəlxalq ikili diplom proqramları da öz növbəsində ölkədə tədqiqat potensialını artıracaqdır. 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramı vasitəsilə xarici ölkələrə məhz elmi-texniki sahələr üzrə doktorantlarımızın göndərilməsi də tədqiqat işlərinin artmasında və beynəlxalq həmmüəllif məqalələrinin çoxalmasında öz mühüm rolunu oynamalıdır. Eyni zamanda, düşünürəm ki, qonşu ölkələr ilə, xüsusilə də türkdilli ölkələrlə tədqiqat sahələrində əməkdaşlıq və həmmüəlliflik strategiyası universitetlərimizin reytinqlərdə irəliləməsinə səbəb olacaqdır.
Tədqiqat sahələrində əməkdaşlıq və həmmüəlliflik strategiyası universitetlərimizin reytinqlərdə irəliləməsinə səbəb olacaq.
Oktyabrın 12-də Böyük Britaniyanın “Times Higher Education” nəşri dünya universitetlərinin növbəti reytinqini (World University Rankings 2023) açıqlayıb. Reytinqə 104 ölkə və region üzrə 1799 universitet daxil edilib. Builki reytinqdə 15,5 milyondan çox tədqiqat nəşri üzrə 121 milyondan çox sitat təhlil olunub və dünya üzrə 40,000 alimin sorğu cavabları daxil edilib. Oksford Universiteti ardıcıl yeddinci ildir ki, reytinqə başçılıq edir. Reytinqin ilk 10-luğu dünyanın ən nüfuzlu universitetlərindən təşkil olunub. Reytinqin 1500+ sıralamasında Bakı Dövlət Universiteti də yer alıb.
Ümumilikdə baxsaq, uzun illər reytinqlərdə dominantlıq edən ABŞ universitetlərinin sayı bir qədər azalmaqdadır. Yuxarı səviyyələrdə ABŞ universitetləri hələ də dominantlıq etsə də, ümumi ölkə nəticələrində geriləmə müşahidə olunmaqdadır. Çin, Səudiyyə Ərəbistanı və BƏƏ ölkələrinin universitetləri isə reytinqlərdə irəliləməkdə davam edirlər. Afrika ölkələri də yeni açıqlanan reytinqlərdə kifayət qədər inkişaf nümayiş etdirə biliblər.
Bəs irəliləyən universitetlərin sirri nədədir? Onlar hansı strategiyalardan istifadə edirlər? Bu suallara cavab tapmaq və təcrübələri öyrənmək üçün ilk növbədə reytinqlərin hansı indikatorlar üzrə tərtib olunduğuna baxmaq vacibdir. Dünya universitetləri reytinqlərini tərtib edərkən 5 sahədə 13 indikatora baxılmaqdadır. Təhlil olunan 5 sahənin hər birinin çəkisi fərqlidir: 1)tədqiqat 30%, 2)tədqiqatlara istinadlar 30%, 3)tədris 30%, 4)beynəlxalq əməkdaşlıq 7,5%, 5)sənaye ilə əlaqələr 2,5%. Göründüyü kimi, təhlil olunan istiqamətlərin əsas çəkisi, 60% məhz tədqiqatlar ilə bağlıdır. Reytinq cədvəlində ilk 100-ə daxil olan universitetlərin göstəricilərini təhlil etdikdə məlum olmuşdur ki, reytinq ballarında ən çox irəliləmə tədqiqat və istinad indikatorlarında müşahidə olunub.
İlk 100-ə daxil olmayan, lakin reytinqlərdə sürətlə irəliləyən Səudiyyə Ərəbistan, BƏƏ, Nigeriya, Misir, Pakistan və Polşa universitetləri həm tədqiqatların həcminin artmasında, həm də tədqiqatlara istinadların artmasında yüksək nəticə göstərmişlər. Bu ölkələrin tədqiqatlarına və istinad olunan elmi işlərə baxdıqda isə məlum olur ki, beynəlxalq əməkdaşlıq tədqiqat potensialının artırılmasında əsas rol oynamışdır. Belə ki, elmi işlərin və onlara istinadların artmasına səbəb xarici ölkə tədqiqatçıları ilə həmin ölkələrin alimlərinin həmmüəllif olduğu məqalələr olmuşdur. Bir qədər də dərindən baxanda məlum olur ki, beynəlxalq əməkdaşlıq daha çox regional səviyyədə olmuşdur. Afrika ölkələri bir-birləri ilə daha çox əməkdaşlıq etmiş və nəticədə birgə elmi işləri yüksək reytinqli jurnallarda dərc edə bilmişlər. Məsələn, Nigeriya alimlərinin həmmüəllif olduqları məqalələrin 28% Asiya Pasifik və 25% Afrika ölkələri alimləri ilə birgə elmi işlərin nəticələri olmuşdur və ya Pakistan alimləri daha çox Çin və Səudiyyə Ərəbistanı alimləri ilə birgə həmmüəllif olmuşlar.
Reytinqlərdə yüksək nəticələr göstərən universitetlər arasında ixtisas sayı az olan universitetlərin də olması müşahidə olunmaqdadır. Belə ki, universitetlər reytinqlərdə göstərilən bütün 11 ixtisas və ya elm sahəsi üzrə nəticələr təqdim etmək məcburiyyətində deyil. İlk 100-yə daxil olan universitetlər arasında 10 universitet 5 və daha az ixtisas üzrə nəticələr təqdim etmişdir.
Eyni zamanda universitetlərin tələbə sayı da reytinqlərə daxil olmaqda rol oynamamaqdadır. Reytinqlərdə kifayət qədər kiçik universitetlərin yüksək yerlər tutması da ortaya çıxmışdır. Məsələn, cəmi 2237 tələbəsi olan Kaliforniya Texnologiyalar İnstitutu dünya reytinqində 6-cı yeri, cəmi 629 tələbəsi olan İtaliyanın Scuola Normale Superiore universiteti 183-cü yeri tutmuşdur.
Başqa maraqlı məqam ondan ibarətdir ki, yüksək nəticə göstərən universitetlərin tədqiqat sahələri daha çox təbiət və kompüter elmləri sahəsində olmuşdur.
Təhlillərdən nəticə çıxartsaq, Azərbaycan universitetlərinin qısa müddətdə reytinqlərdə irəliləməsi üçün imkanların geniş olduğunu görmək olar. Belə ki, cənab Prezident tərəfindən yeni qəbul olunmuş Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında mövcud universitetlərimizdən bir neçəsinin tədqiqat universitetinə transformasiya olunması nəzərdə tutulmuşdur. Əlavə olaraq, magistratura səviyyəsində hazırda mövcud olan beynəlxalq ikili diplom proqramları da öz növbəsində ölkədə tədqiqat potensialını artıracaqdır. 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramı vasitəsilə xarici ölkələrə məhz elmi-texniki sahələr üzrə doktorantlarımızın göndərilməsi də tədqiqat işlərinin artmasında və beynəlxalq həmmüəllif məqalələrinin çoxalmasında öz mühüm rolunu oynamalıdır. Eyni zamanda, düşünürəm ki, qonşu ölkələr ilə, xüsusilə də türkdilli ölkələrlə tədqiqat sahələrində əməkdaşlıq və həmmüəlliflik strategiyası universitetlərimizin reytinqlərdə irəliləməsinə səbəb olacaqdır.

Rüfət ƏZİZOV,
Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru





Oxşar xəbərlər