Azərbaycanda gələn il üçün nağdsız əməliyyatlara görə geri qaytarılan ƏDV-nin 15 faizdən 20 faizə qaldırılması təklif edilib.
Belə bir təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov çıxış edib.
O xatırladıb ki, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması nəzərdə tutulur: “Biz nağd ödənişlərə görə geri qaytarılan məbləği 5 faiz azaldırıq, nağdsız əməliyyatlara görə vəsaiti 2,5 faiz artırırıq. Yaxşı olardı ki, biz nağdsız əməliyyatlara görə nəzərdə tutulan vəsaiti də 5 faiz, yəni, 15 faizdən 20 faizə qaldıraq. Bu halla biz plastik kartlardan istifadəni daha çox stimullaşdıra bilərdik”.
Tehsil-press.az