Ərəb Media Forumunun prezidenti BDU-nun tələbələri ilə görüş keçirib

Ərəb Media Forumunun prezidenti BDU-nun tələbələri ilə görüş keçirib Küveytdə fəaliyyət göstərən Ərəb Media Forumunun prezidenti Madi Əl Xamis Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə onlayn formatda görüş keçirib.
Görüş zamanı Ərəb Media Forumunun prezidentinə Jurnalistika fakültəsində həyata keçirilən təlim-tədris prosesi haqqında qısa məlumat verilib. Vurğulanıb ki, 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilib və il ərzində ölkədə, eləcə də BDU-da müxtəlif tədbirlər təşkil olunub.
Sonra ərəb ölkələrində medianın tarixi inkişaf yolu və hazırkı vəziyyəti, Azərbaycan və ərəb ölkələrinin mediası arasındakı əlaqələr, jurnalistikanın nəzəri əsasları və müasir meyilləri barədə, həmçinin Madi Əl Xamisin “Jurnalistikanın on qızıl qaydası” kitabı ilə bağlı müzakirələr aparılıb.
Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının təşkilatçılığı ilə keçirilən görüşə BDU-nun rəhbərliyi, fakültə dekanlığı və Azərbaycanın Küveytdəki səfirliyi təşkilati dəstək verib.
Qeyd edək ki, Ərəb Media Forumunun prezidenti Madi Əl Xamis 2021-ci ilin noyabrında Bakıda səfərdə olub.

Tehsil-press.az


Oxşar xəbərlər