Yaponiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Yaponiya Tələbə Təşkilatlarının xarici əlaqələr üzrə direktoru Şimboku Kenji, Okaydo Universitetinin müəllimi Yukako Tokuda, Tsukuba Universitetinin müəllimi Yuki Yamamota və səfirliyin müşaviri Ryosuke Kakiuçi Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.
Prorektor Nərgiz Abdullayeva qonaqlara universitetin tələbə kontingenti, fakültələri, ixtisasları, elmi nailiyyətləri və beynəlxalq əlaqələri ilə bağlı ətraflı məlumat verib.
Görüşdə Yaponiya universitetləri ilə AzMİU arasında əməkdaşlıq məsələləri, tələbə mübadilə mexanizmləri, eləcə də Yaponiyada tədris dilləri, təqaüd proqramları ilə bağlı geniş müzakirələr aparılıb.
Yaponiya universitetləri ilə AzMİU arasında əməkdaşlıq əlaqələrinin qurulması və dərinləşdirilməsi üçün qarşılıqlı təmasların davam etdirilməsi qərara alınıb.
Tehsil-press.az