AzTU-da yaradılan Alman mühəndislik fakültəsi əlaqələrin inkişafına töhfə verəcək

AzTU-da yaradılan Alman mühəndislik fakültəsi əlaqələrin inkişafına töhfə verəcək Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində BTU-nun professoru, Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru Sylvio Simon və universitetin elmi işçisi Yuliya Marozova AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüblər.
Görüşdə Azərbaycan Texniki Universiteti ilə BTU arasında mövcud əməkdaşlıq imkanları müzakirə olunub, həmçinin gələcəkdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Rektor Vilayət Vəliyev AzTU-da yeni yaradılan Alman mühəndislik fakültəsi barədə qonaqlara məlumat verib. Bildirib ki, fakültə alman mühəndislik konsepsiyası əsasında qurulacaq. Fakültənin formalaşmasında BTU-nun təcrübəsindən də istifadə edilməsi planlaşdırılır.
AzTU-da olmaqdan məmnunluğunu ifadə edən Sylvio Simon yeni yaradılan fakültənin işinə uğurlar arzulayıb. Sylvio Simon Alman mühəndislik fakültəsinin yaradılmasının AzTU ilə BTU arasında əlaqələrin inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər