Türk Standartları İnstitutunun sədri AzTU-da olub

Türk Standartları İnstitutunun sədri AzTU-da olub Türk Standartları İnstitutunun (TSE) sədri Mahmud Sami Şahinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevlə görüşüblər.
Rektor Vilayət Vəliyev universitetdə görülən işlər, həmçinin tədrisin və tədqiqatın keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən yeniliklər haqqında məlumat verib. Qeyd olunub ki, Azərbaycan Texniki Universiteti TSE ilə metrologiya və standartlaşdırma sahəsində əməkdaşlıq etməkdə maraqlıdır. Müvafiq sahədə işlərin müasir standartlar səviyyəsində qurulması üçün yeni yanaşmalar tələb olunur. Bu mənada Azərbaycan Texniki Universiteti TSE-nin təcrübəsindən yararlana bilər.
TSE-nin sədri Mahmud Sami Şahin AzTU-da olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, TSE-nin standartlaşdırma və keyfiyyətlə bağlı tədris proqramlarının AzTU-da istifadə olunması, həmçinin bu sahədə laboratoriya və mərkəzin qurulması istiqamətində universitetə dəstək göstərə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər