BDU-da geoməkan və kosmik informasiya infrastrukturuna dair elmi-praktik konfrans

BDU-da geoməkan və kosmik informasiya infrastrukturuna dair elmi-praktik konfrans Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) birgə təşkilatçılığı ilə Coğrafiya fakültəsinin Geodeziya və kartoqrafiya kafedrasının yaranmasının 50 illik yubileyinə həsr edilmiş “XXI əsr: Geoməkan məlumatları və kosmik informasiya infrastrukturu. İnnovasiyalar, səmərəli istifadə yolları” mövzusunda Respublika elmi-praktik konfransı keçirilir.
Konfransda Geodeziya və kartoqrafiya kafedrasının fəaliyyətindən, bütövlükdə bu elmin ölkənin iqtisadiyyatı, təhlükəsizliyi üçün strateji əhəmiyyətindən danışılıb. Həmçinin “Azərbaycanda geoməkan məlumatları infrastrukturunun yaradılmasında innovasiyalar”, “Kosmik informasiyadan səmərəli istifadə yolları. “Azərkosmos” ASC-nin texniki imkanları” mövzularında məruzələr dinlənilib.
Konfrans işini sabah yekunlaşdıracaq.

Tehsil-press.az

Oxşar xəbərlər