DİM-də növbəti TOEFL iBT imtahanı təşkil edilib

DİM-də növbəti TOEFL iBT imtahanı təşkil edilib Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.
Imtahanda 1 əcnəbi olmaqla, ümumilikdə 8 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-nin saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının dekabrın 10-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Tehsil-press.az




Oxşar xəbərlər