Rusiya XİN: “3+3” formatında görüş yaxın aylarda baş tuta bilər

Rusiya XİN: “3+3” formatında görüş yaxın aylarda baş tuta bilər “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) regional əməkdaşlıq platformasının ikinci iclası yaxın aylarda baş tuta bilər.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentin direktoru Denis Qonçar TASS-a müsahibəsində bildirib.
“Hazırda “3+3” formatında ikinci görüşün keçirilməsi ilə bağlı təşkilati işlər üzərində iş aparılır. Ümid edirik ki, bu, yaxın aylarda baş tutacaq. Bütün iştirakçıların istəyinə əsasən Gürcüstana da dəvət göndərilə bilər”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.
Diplomat qeyd edib ki, Rusiya tərəfi iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün “3+3” regional platformasının uyğun olduğunu qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər