Böyük siyasi xadim Heydər Əliyev adına məktəbdə oxumaq şərəfli və qürurlu olduğu qədər də məsuliyyətlidir. Bu məsuliyyəti dərk etmək layiqli vətəndaş, bütün Türk dünyası üçün faydalı işlər görə bilməyin başlanğıcıdır.
Bu fikirlər Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına texniki liseyində Ümummilli Liderimizin əziz xatirəsinə həsr olunan anım mərasimində çıxış edən şagirdlər tərəfindən ifadə olunub.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk başda olmaqla, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Sonra dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Heydər Əliyev adına texniki liseyin direktoru Hikmet Ulaş və Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal Türk dünyasının böyük oğlu Heydər Əliyevin siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən bəhs edərək vurğulayıblar ki, dahi şəxsiyyət böyük siyasi nəticələr sayəsində Ümummilli Lider adını qazanıb. Ona görə də qədirbilən Azərbaycan xalqı böyük oğlunun xatirəsini əbədiyyətə qədər qəlbində yaşadacaq, şəxsiyyətinə ehtiram göstərəcək.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin nəticələri Azərbaycan-Türkiyə qardaşlığını müttəfiqlik səviyyəsinə yüksəltdiyi kimi, Türk dövlətləri başda olmaqla, bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfə verib. Dahi şəxsiyyətin memarı olduğu nəhəng layihələr onilliklər boyu insanlara fayda verəcək, xalqları doğmalaşdıracaq.
Tehsil-press.az