ADDA-nın "Tətbiqi mexanika" kafedrasının professoru, riyaziyyat üzrə elmlər doktoru Rövşən Zülfüqar oğlu Hümbətəliyev Özbəkistan Respublikası “Turan” Elmlər Akademiyasının akademiki seçilib.
Bu münasibətlə Abşeron rayon H.Əliyev mərkəzinin iclas zalında keçirilən tədbirdə “Turan” Elmlər Akademiyasının rəyasət heyətinin üzvü, akademik Səxavət Ociyev akademiyanın həqiqi üzvünün diplomunu və döş nişanını alimə təqdim edib. S.Ociyev bildirib ki, “Turan” Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvləri professor R.Hümbətəliyevin elmi fəaliyyətini yüksək qiymətləndirirlər. Onun elmi əsərləri Nyu York, Honq Konq, Vyana, London, Barselona, Moskva və Madriddə keçirilən sərgilərdə rəğbət hissi qazandırıb və həmin sərgilərin "Qızıl" medalına layiq görülmüşdür. Akademiyanın rəyasət heyyətinin üzvü Səxavət müəllim qeyd etdi ki, elmi araşdırmaları və tədris ilə bağlı apardığı işlərə görə Rövşən müəllim Rusiyanın Təbiətşünaslıq Akademiyasının, İnformasiya Elmləri Akademiyasının, Dağ Elmləri Akademiyasının, Birləşmiş Elmlər Akademiyasının həqiqi üzvü, Nyu York Elmlər Akademiyasının, İtaliya Sosial İqtisad Akademiyasının, Vatikan Bonifasye Akademiyasının, Beynəlxalq Təbiətşünaslıq Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, Türkiyə Beynəlxalq Araşdırmalar Elmlər Akademiyasının, İzrail Elmin İnkişaf Akademiyasının, Avropa Təbiətşünaslıq Akademiyasının İngiltərə və Şotlandiya bölmələrinin həqiqi üzvü, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü seçlib. O elmi əsərlərinə görə Rusiyanın "Əməkdar Elm və Texnika xadimi" fəxri adına (2016-cı ildə) və Avropanın "Əməkdar Elm Xadimi" fəxri adına layiq görülmüşdür. Alimin işləri BMT-nin UNCOPA (İctimaiyyətlə işlər idarəsi) tərəfindən də "Elm və sülhməramlı səfir" seçilmişdi (2021-ci il).
R.Hümbətəliyev ona göstərilən etimada görə “Turan” Elmlər Akademiyası Rəyasət Heyətinin üzvlərinə minnətdarlığını bildirib, Azərbaycan və özbək alimlərinin elmi əlaqələrinin əhəmiyyətindən danışıb.
Qeyd edək ki, Ümümdünya Fəlsəfə Forumu və Sokrat Fəlsəfə Məktəbi ilə yanaşı Afina akademiyasının birgə professor “Dünya vətəndaşı-XXI” adına layiq görülüb. Həmyerlimizə göndərilən sertifikatda bildirilir ki, Rövşən Hümbətəliyev elm və təhsil sahəsində əldə etdiyi uğurlara görə bu ada layiq görülüb.
Tehsil-press.az