Xəzər Universitetinin təsisçisi Gürcüstan Elmlər Akademiyasının həqiqi üzvü seçilib

Xəzər Universitetinin təsisçisi Gürcüstan Elmlər Akademiyasının həqiqi üzvü seçilib Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Gürcüstan Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Qeyd edək ki, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlının fəaliyyət dairəsi genişdir. O, həm də şair, yazıçı, publisist , tərcüməçidir, elm, mədəniyyət və təhsil tarixi üzrə mütəxəssisdir. Ədəbiyyat və dilçilik, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin, eləcə də keçid iqtisadiyyatında olan ölkələrin təhsil sistemində islahatlara dair nəzəri və praktik işlərin müəllifidir.

Tehsil-press.az

Oxşar xəbərlər