Rektor: Özbəkistan universitetləri ilə əməkdaşlıq üçün əlverişli mühit formalaşıb

Rektor: Özbəkistan universitetləri ilə əməkdaşlıq üçün əlverişli mühit formalaşıb Özbəkistan Respublikasının ölkəmizdəki səfiri Bahrom Aşrafxanov Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova ilə görüşüb.
Görüşdə rektor xalqlarımız arasında qədim tarixə malik olan dostluq və qardaşlıq əlaqələrinin bu gün dövlət səviyyəsində uğurla davam etdiyini bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı əldə olunan razılaşmalarla ölkələrimiz arasındakı qardaşlıq münasibətləri daha da dərinləşib.
Rektor qeyd edib ki, AzMİU ilə Daşkənd Memarlıq Universiteti, Səmərqənd Dövlət Universiteti, Buxara Dövlət Universiteti arasında əməkdaşlıq mövcuddur və bu əlaqələrin inkişaf etdirilməsi üçün əlverişli mühit formalaşıb.
Bəhrom Aşrafxanov Özbəkistanın ali təhsil müəssisələri ilə AzMİU arasında yeni əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün səfirliyin bütün zəruri tədbirləri görəcəyini vurğulayıb.
Görüşdə AzMİU-nun da təmsil olunduğu Türk Dövlətləri Birliyi nəzdində Türk Universitetləri Birliyi çərçivəsində əlaqələrin perspektivləri, beynəlxalq layihələrdə birgə iştirak, elm, tədris və tədqiqat sahələri üzrə əməkdaşlıq imkanları haqqında geniş müzakirə aparılıb.
Daha sonra səfir Bəhrom Aşrafxanov AzMİU-nun Memarlıq fakültəsinin tədris auditoriyaları və laboratoriyaları, sərgi salonu, tələbələrin əl işləri ilə tanış olub.

Tehsil-press.az



Oxşar xəbərlər