ADPU-nun 28 tələbəsinin təhsil xərclərini Gənclər Fondu ödəyəcək

ADPU-nun 28 tələbəsinin təhsil xərclərini Gənclər Fondu ödəyəcək Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 28 tələbəsi Gənclər Fondunun keçirdiyi istedadlı gənclərin təhsil haqqının ödənilməsi üzrə növbəti müsabiqənin qalibi olub.
Onların arasında universitetin Quba filialının 4 tələbəsi, Cəlilabad və Şəki filiallarının 3 tələbəsi, Şamaxı və Ağcabədi filiallarının 1 tələbəsi və 1 magistrantı da var.
Qeyd edək ki, gənclərin 2021-2022-ci və ya 2022-2023-cü tədris illəri üzrə təhsil haqqı xərclərinin qarşılanması məqsədi daşıyan müsabiqənin nəticələrinə əsasən, 431 tələbənin təhsil xərcinin Gənclər Fondu tərəfindən qarşılanmasına qərar verilib. Bununla da, son 4 ildə müsabiqə çərçivəsində təhsil xərcləri qarşılanmış tələbələrin sayı 1621 nəfərə çatıb. Seçimlər zamanı müraciətçinin sosial həssas kateqoriyaya aid olmasını təsdiq edən sənədlərlə yanaşı, təhsil göstəriciləri və ictimai fəallığı da əsas götürülüb. Qaliblər sırasında yüksək təhsil göstəriciləri olan Vətən müharibəsi qaziləri, veteran övladları, valideynlərini itirmiş və valideynləri əlil olan gənclər də yer alıblar.

Tehsil-press.az


Oxşar xəbərlər