Texniki Universitetin tələbəsi “İlin ən fəal tələbə gənclər təşkilatı nümayəndəsi” seçilib

Texniki Universitetin tələbəsi “İlin ən fəal tələbə gənclər təşkilatı nümayəndəsi” seçilib Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatı 2021-ci ildə ölkədə ictimai və sosial əhəmiyyətli tədbirlərin, o cümlədən könüllülük fəaliyyətinin təşkili və bu fəaliyyətin həyata keçirilməsində fəal iştirakına görə “İlin tələbə gənclər təşkilatı” adına layiq görülüb.
AzTU-nun tələbəsi Sənan Abdullazadə isə “İlin ən fəal tələbə gənclər təşkilatı nümayəndəsi” seçilib.
Mükafatlandırma mərasimi Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən Gənclər Gününə həsr olunan tələbə gənclər təşkilatlarının “I strateji planlaşdırma forumu” çərçivəsində keçirilib.
Qeyd edək ki, forumun keçirilməsində məqsəd ATGTİ və tələbə gənclər təşkilatlarının uzunmüddətli dayanıqlı inkişaf strategiyasının müəyyən olunmasına, inkişaf üçün düzgün planlanma aparılmasına dəstək olmaqdır.

Tehsil-press.az

Oxşar xəbərlər