Gürcüstanda Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması variantı təklif olunub

Gürcüstanda Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması variantı təklif olunub Gürcüstan Ermənistan-Azərbaycan münasibətlərinin parlamentlərarası səylər vasitəsilə həllinə töhfə vermək istəyir.
Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bu ilin yekunlarına əsasən Tbilisidə keçirilən "Səfirlər konfransı-2022" nin açılış mərasimində çıxış edərkən bildirib.
O deyib ki, regionda sülhə birgə parlamentlərarası səylər ilə nail olmaq mümkündür.
"Ukraynada davam edən geniş miqyaslı müharibədən əlavə, bölgəmizdə də sülh yox idi. Azərbaycan və Ermənistan ilə birgə parlamentlərarası səylər ilə bölgəmizin inkişafının əsas şərti olan sülh və sabitliyə töhfə vermək istəyirik ", - deyə parlament spikeri bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər