Dillər Universitetində ənənəvi Çin bayramı qeyd olunub

Dillər Universitetində ənənəvi Çin bayramı qeyd olunub Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çinin ənənəvi Dunçji (Qışın zirvəsi) bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çinşünaslıq ixtisasının IV kurs tələbəsi Aişə Kərimova Çin mədəniyyətində mühüm yer tutan Dunçji bayramının yaranma tarixi və fəlsəfəsi haqqında məlumat verib. O, bayram mərasimlərindən bəhs edərək, Dunçjinin rəmzi olan Meixua gavalı çiçəklərinin uzunömürlülüyü, qışı və gözəlliyi təcəssüm etdirdiyini bildirib. A.Kərimova, həmçinin düyüdən şirin şorbanın – tanyuanın (Xan sülaləsi dövründə hazırlanan və ailə birliyinin rəmzi sayılan təam) hazırlanmasından danışıb.
ADU-nun Konfutsi İnstitutu Çin mədəniyyətinin ölkəmizdə təbliği sahəsində əlindən gələni əsirgəmir. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, Azərbaycanın universitetləri ilə birgə bədii və ədəbi gecələr təşkil olunur, ölkəmizdə Çinin ənənəvi bayramları qeyd edilir.

Tehsil-press.az



Oxşar xəbərlər