ADU-da “Dunçji” Çin bayramı qeyd olunub

ADU-da “Dunçji” Çin bayramı qeyd olunub Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Dunçji” (“Qışın zirvəsi”) Çin bayramına həsr olunan tədbir keçirilib.
Tədbirdə Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov “Dunçji” bayramının xüsusi fəlsəfəsi barədə danışıb, bu bayramın Çin mədəniyyətinin təsir etdiyi ölkələr üçün böyük əhəmiyyət daşıdığını söyləyib.
Konfutsi İnstitutunun əməkdaşı Əfsanə Balayeva bu bayramın Çin mədəniyyətində əhəmiyyətli yer tutduğunu vurğulayıb.
İnstitutun əməkdaşları bayramın adət-ənənələri, Dunçji əfsanələri və mərasimləri barədə məlumat verib, Dunçji rəmzi olan Meixua gavalı çiçəklərinin uzunömürlülüyü, qışı və gözəlliyi təcəssüm etdirdiyini bildiriblər.
Daha sonra Çin xalq mahnıları, ənənəvi bambuk fleytada qədim Çin musiqisi səsləndirilib, sağlamlığı inkişaf etdirən “Tayciçuan” gimnastika hərəkətləri nümayiş olunub.
Sonda qonaqlar Tangyuanın - Xan sülaləsi dövrünün məşhur həkiminin resepti ilə hazırlanan, ailənin birliyinin rəmzi sayılan, düyüdən top şəklində hazırlanmış şirin şorbadan dadıblar.

ADU-nun Mətbuat Xidməti


ADU-da “Dunçji” Çin bayramı qeyd olunubADU-da “Dunçji” Çin bayramı qeyd olunub

Oxşar xəbərlər