Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) açıq kitabxananın açılışı olub. Azİİ e-Kitab Evinin balansında olan açıq kitabxananın açılışında ADNSU-nun rektoru professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Rektor Mustafa Babanlı çıxış edərək yeni kitabxana haqqında məlumat verib. Universitetdə hər zaman kitaba, elmə önəm verildiyini vurğulayan təhsil ocağının rəhbəri yaxın zamanlarda açıq havada da yeni kitabxana yaradılacağını deyib.
Bildirilib ki, yeni açılan kitabxanada hazırda 1200-ə dək kitab var və yaxın gələcəkdə bu sayın artırılması nəzərdə tutulub. 16 blokdan ibarət olan açıq kitabxanada 4 dildə nəşrlər yer alıb. Kitablar əsasən elmi ədəbiyyat, ixtisas kitabları, bədii ədəbiyyat və tədrisə uyğun digər nəşrlərdən ibarətdir. 24 saat fəaliyyət göstərəcək açıq kitabxanadan tələbələrin maksimum yararlanması üçün hər cür şərait yaradılıb.
Sonda professor M.Babanlı açılışı olan yeni kitabxana haqqında tələbələrin suallarını cavablandırıb, universitetdə kitabxanaların genişləndirilməsi, yenilərinin açılması ilə bağlı onların istək və təkliflərinin hər zaman nəzərə alınacağını deyib.
Tehsil-press.az