ADNSU-da “Açıq mikrofon”

ADNSU-da “Açıq mikrofon” Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Açıq mikrofon” təşkil olunub. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb.
“Açıq mikrofon”, həmçinin universitetin feysbuk səhifəsi üzərindən yayımlanıb. Yüzlərlə tələbə tədbirə onlayn qoşulub.
Universitetin rektoru professor Mustafa Babanlı 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi Qələbəsindən, bu Qələbənin ölkəmiz üçün misilsiz əhəmiyyətindən danışıb.
Sonra rektor ADNSU-da tədris və təhsilin keyfiyyətindən bəhs edib. M.Babanlı pandemiya dövrü olsa da, yeni tədris ilinə hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu, universitetdə yaxşı təhsil vermək üçün hər cür şərait yaradıldığını deyib.
Keyfiyyətli tədrisin təşkili və savadlı kadrların yetişdirilməsi istiqamətində mühüm tədbirlər görüldüyünü diqqətə çatdıran M.Babanlı “Açıq mikrofon”da tədrislə bağlı bir çox məsələlərə aydınlıq gətirib.
Sonra rektor tələbələrin suallarını cavablandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər