Oktyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə gəlmiş Almaniya, Peru və Cənubi Afrika Respublikasından olan ADNSU (əvvəlki Azİİ) məzunları ilə görüşüb.
Görüşdə professor M.Babanlı rəhbərlik etdiyi ali məktəbdə aparılan islahatlar, həyata keçirilən layihələr, yeni tədris metodları haqqında ətraflı məlumat verib. ADNSU-nun beynəlxalq əlaqələrinin genişləndiyini qeyd edən rektor universitetə əcnəbi tələbələrin cəlb olunmasına əhəmiyyət verildiyini söyləyib.
Təmsil etdikləri ölkələrdə ADNSU-da tədris olunan ixtisaslara böyük maraq olduğunu deyən qonaqlar neft və qaz sahəsində universitetin tətbiq etdiyi yeni metodları bəyəndiklərini bildiriblər.
Sonda əməkdaşlığın inkişafı üçün rəhbərlik səviyyəsində danışıqlar aparılması məsələsi müzakirə olunub.

ADNSU-nun Mətbuat Xidməti