Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı ADNSU-ya qəbul olunan I kurs tələbələri ilə görüşüb.
Görüş koronavirus (COVID-19) pandemiyası dövründə xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş zəruri göstərişlər nəzərə alınaraq təşkil olunub. Kimya-texnologiya, Geoloji-kəşfiyyat, Qaz-neft-mədən, Neft-mexanika və energetika fakültələrinin tələbələri ilə görüşdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb.
M.Babanlı sentyabrın 29-dan etibarən universitetdə ənənəvi formatda tədrisə başlanması üçün yaradılmış şərait haqqında məlumat verib. Bildirilib ki, universitetdə yaxşı təhsil vermək üçün hər bir imkan yaradılıb. Həm peşəkar professor-müəllim heyəti, həm də təhsil müəssisəsində yaradılmış texniki imkanlar tədris və təhsilin keyfiyyətinin yüksəldilməsində əsas faktorlardandır.
Görüşdə tələbələrin biliyinin qiymətləndirilməsi, tələbə və müəllimlər üçün vahid platforma olan elektron universitet sistemindən də danışan rektor M.Babanlı professor-müəllim heyətinə və tələbələrə yeni tədris ilində uğurlar arzulayıb.
Tehsil-press.az