Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsində nəşr edilən kitab Türkiyənin Millət Kitabxanasının fonduna bağışlanıb.
1918-ci ildə Nuru paşanın komandanlığı altında Azərbaycanın xilası naminə Gəncəyə gələn və burada formalaşdırılan Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə bu şəhərdə ucaldılan abidənin ötən ilin iyun ayındakı açılışına ərməğan olaraq, AMEA-nın Gəncə Bölməsinin əməkdaşları tərəfindən ərsəyə gətirilən və “Elm” nəşriyyatında çapdan çıxmış “Türkiyə-Azərbaycan əbədi amal birliyinin Gəncə səhifələri” adlı araşdırmanın türk dilində də buraxılmış variantı qardaş ölkənin paytaxtında yerləşən Millət Kitabxanasına hədiyyə olunub.
Kitabları həmin maarif ocağına 2018-ci ilin avqustundan 2022-ci ilin dekabr ayınadək Türkiyənin Gəncədəki Baş konsulu vəzifəsində çalışmış Zəki Öztürk çatdırıb.
Elmlər doktoru Zəki Öztürk sözügedən kitabın həm Azərbaycan, həm də türk dillərində nəşr olunmuş variantları üçün “Ön söz” də yazıb. O, kitabları Millət Kitabxanasına təqdim edərkən bu araşdırmanı Gəncənin ən böyük elm ocağının alimlərinin Türkiyə-Azərbaycan qardaşlığına töhfəsi olduğunu qeyd edib.
Qeyd edək ki, Türkiyə Prezidenti yanında Millət Kitabxanası qardaş ölkənin ən böyük kitabxanasıdır. Burada dünyanın 134 dilində 4 milyondan çox kitab və 120 milyondan çox məqalə və digər materiallar saxlanılır.
Tehsil-press.az