MEK tərəfindən Qırğızıstan-Türkiyə Manas Universiteti Kitabxanasına nəşrlər göndərilib

MEK tərəfindən Qırğızıstan-Türkiyə Manas Universiteti Kitabxanasına nəşrlər göndərilib AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Qırğızıstan-Türkiyə Manas Universiteti Kitabxanasına mübadilə yolu ilə nəşrlər göndərilib.
MEK-in baş direktoru professor Məmməd Əliyevin təşəbbüsü ilə göndərilən bu nəşrlər Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını özündə əks etdirir. Sözügedən nəşrlər universitetin kitabxanasına Manas Universitetinin Türk Ağsaqqalları Birliyinin (TAİB), Qırğızıstan-Türkiyə Manas Universitetinin və Azərbaycanın Qırğızıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş “Tarix yazan liderlər” mövzusunda keçirilən tədbir zamanı diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk tərəfindən təqdim edilib.
Qeyd edək ki, MEK tərəfindən belə bir təşəbbüsün irəli sürülməsi iki kitabxana arasında beynəlxalq əlaqələrin genişləndirilməsinə, informasiya bazalarının artırılmasına və oxuculara daha yaxşı xidmət göstərməyə imkan yaradır.

Tehsil-press.az


Oxşar xəbərlər