Türkiyədə “Böyük Azərbaycan mütəfəkkiri Nizami” kitabı haqqında məqalələr dərc edilib

Türkiyədə “Böyük Azərbaycan mütəfəkkiri Nizami” kitabı haqqında məqalələr dərc edilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı professor Mahirə Hüseynova, ADPU-nun Türk araşdırmaları bölməsinin rəhbəri professor Elman Quliyev və AMEA-nın Folklor İnstitutunun şöbə müdiri professor Seyfəddin Rzasoyun hazırladıqları "Böyük Azərbaycan mütəfəkkiri Nizami" kitabı haqqında Türk Ocaqları Dərnəyi Bursa şöbəsinin qəzetində məqalələr dərc edilib.
Kitab Türk Ocaqları Dərnəyi Bursa şöbəsi tərəfindən nəşr edilib. Bu, Azərbaycan alimlərinin nizamişünaslıq araşdırmalarının qardaş ölkədə geniş yayılması baxımından böyük əhəmiyyət daşıyır. Həmçinin qəzetdə ADPU-nun Filologiya fakültəsinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ülkər Baxşıyevanın kitabla bağlı yazısı da yer alıb.
Bu ilin may ayında Pedaqoji Universitetdə dərnəyin nəşr etdiyi "Böyük Azərbaycan mütəfəkkiri Nizami" kitabının təqdimat mərasimi keçirilib.
Qeyd edək ki, Türk Ocaqları Dərnəyi 1912-ci ildən qardaş Türkiyədə fəaliyyət göstərən türk mədəniyyət mərkəzidir.

Tehsil-press.az


Oxşar xəbərlər