BDU-nun Qazax filialında tələbələr imtahana gecikməyib

BDU-nun Qazax filialında tələbələr imtahana gecikməyib Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2022-2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir. Bu gün filialda 478 bakalavr, 8 magistrant imtahan verir. Qeyd edək ki, imtahanda iştirak etməli olan 486 tələbənin hamısı vaxtında imtahana gəlib.
Filialda 17 ixtisas üzrə imtahanlar iki növbədə keçirilir. Qış imtahan sessiyasında ümumilikdə 1768 tələbə iştirak edəcək. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Filialda tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Operativ Qərargah və Apellyasiya Komissiyası təşkil olunub.

Tehsil-press.az



Oxşar xəbərlər