Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Heydər Əliyev İli” çərçivəsində elan etdiyi “Heydər Əliyev və gəncliyimiz” esse müsabiqəsinin münsiflər heyəti ilə görüş keçirilib.
Mərkəzin direktoru professor Sevinc Əliyeva intellektual səviyyəyə və milli düşüncəyə malik gənc nəslin formalaşmasında, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin uğurla davam etdirilməsində gənclərin rolundan söz açıb, keçiriləcək müsabiqənin Ulu Öndərin zəngin irsinin təbliğ olunması və tələbələrdə innovativ yazı bacarıqlarının inkişaf etdirilməsində mühüm rol oynayacağını söyləyib. S.Əliyeva müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək məqsədilə müəlliflərin anonimliyinin saxlanıldığını qeyd edib.
Monitorinq Mərkəzinin direktor müavini dosent Gülarə Əmirova bildirib ki, müsabiqəyə 9 ali müəssisənin – Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad və Şamaxı filiallarının filologiya və jurnalistika fakültələrinin tələbələri tərəfindən 49 esse daxil olub.
Görüşdə esselərin qiymətləndirilməsi meyarları geniş şəkildə müzakirə edilib, münsiflər heyətinə təqdim olunub.
Görüşdə Monitorinq Mərkəzinin şöbə müdirləri Şahlar Məmmədov və Vəfa İsmayılova, münsiflər heyətinin üzvləri Xədicə Heydərova, İlkin Əsgərov, Zabitə Teymurlu, Jalə Zeynallı və Pərvin Eyvazov iştirak ediblər.
Tehsil-press.az