N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində “From class to SPACE - sinifdən Kainata” layihəsi üzrə Xətai rayonu Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbin şagirdlərinə astronomiya ilə bağlı təlimlərin keçirilməsi prosesində iştirak ediblər.
Layihədə rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova, astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə və elmi işçilər təlimçi kimi fəaliyyət göstəriblər.
Hər biri nəzəri və praktik hissələrdən ibarət olan təlimlərdə şagirdlərin astronomiya, kosmonavtika və STEAM üzrə bilik, bacarıqlara yiyələnməsi üçün 6 blokdan ibarət təlim modulu təşkil olunub.
Şagirdlərin təlim modullarında iştirak səviyyəsi, praktik fəaliyyətə cəlb olunma və uğur qazanma dərəcəsi təlimçilər və layihə rəhbəri tərəfindən qiymətləndirilib. Uğurlu nəticə göstərən şagirdlərə sertifikatlar verilib.
Tehsil-press.az