ADPU-nun tələbələri qrant layihəsi çərçivəsində mentor fəaliyyəti göstərirlər

ADPU-nun tələbələri qrant layihəsi çərçivəsində mentor fəaliyyəti göstərirlər “EduSimbioz - Təhsil üçün öyrən və öyrət” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisaslarında təhsil alan tələbələri orta məktəblərdə mentor olaraq fəaliyyət göstərməyə davam edirlər.
Hazırda 53 tələbə mentor kimi fəaliyyət göstərir. Layihə 500-dən çox məktəblini əhatə edir.
Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibidir. Layihənin məqsədi Qaradağ rayonunda yerləşən 13 məktəbdə 9-cu sinif şagirdlərinə tələbə-mentor, psixoloji dəstək xidməti göstərməklə Azərbaycan dili və riyaziyyat fənləri üzrə öyrənmə boşluqlarının tamamlanmasıdır.

Tehsil-press.az


Oxşar xəbərlər