“Çin dilinin tədrisində xəttatlığın rolu” - seminar

“Çin dilinin tədrisində xəttatlığın rolu” - seminar Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Çin dilinin tədrisində xəttatlığın rolu” mövzusunda seminar keçirilib.
Seminarda Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin dilinin öyrənilməsi prosesinə xəttatlıq dərslərinin daxil edilməsinin səmərəliliyini, bu dərslərin tələbələrin dilə marağının artırılmasında əhəmiyyətini vurğulayıb. Bildirilib ki, xəttatlıq dərsləri şagirdlərdə dil və mədəni biliklərin formalaşmasına, Çin dilinin tarixinə marağın genişlənməsinə və ənənəvi Çin mədəniyyətinin dərk edilməsinə töhfə verməklə yanaşı, onların yaddaşı, məntiqi, bədii zövqü və məkan təxəyyülünü də inkişaf etdirir.
Seminarda çıxış edən ADU-nun Çin dili müəllimi Kəmalə Məmmədova xəttatlıq kursunun əsas mövzuları, o cümlədən Çin yazısının tarixi və islahatları, heroqliflərin mənşəyi haqqında əfsanələr, xəttatlığın əsas qaydaları və Çin dili düymələrinin təsnifatı haqqında məlumat verib.
ADU-nun Çin dili müəllimi Natəvan Hüseynova Çin yazısının əsas üslubları - Zhuan, Lishu, Kaishu, Caoshu, Xingshu, heroqliflərin fırça ilə yazılması texnikası və qaydaları haqqında danışıb.
Sonra xəttatlığın tədrisində heroqliflərin çapı üçün müxtəlif kompüter proqramlarından istifadə edilməsi, ən populyar və əyləncəli heroqliflər üzrə xəttatlığa dair ustad dərslərinin keçirilməsinin vacibliyi ilə bağlı müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər