Odlar Yurdu Universitetində Çinin Yeni il bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru professor Oqtay Cəlilbəyli Çinin milli adət-ənənələri, mərasimləri, bayramları haqqında məlumat verib. Qeyd edib ki, bu ənənələr dünya mədəni irsinin əsas elementi kimi qorunub saxlanılır. Çin xalqı Yeni il bayramını ildə iki dəfə - Avropa təqvimi və Şərqi Çin təqvimi ilə qeyd edir. Çin təqvimi ilə Yeni il yanvarın 22-də qeyd olunur.
Konfutsi İnstitutunun direktoru Vanq Haoqyan bildirib ki, 11 ildir BDU-nun nəzdində Konfusti İnstitutunda Çin dili tədris olunur. Onun sözlərinə görə, məqsəd iki ölkə arasında körpü quraraq gənclərə Çin dilini və mədəniyyətini öyrətməkdir.
Sonra Konfutsi İnstitutunun tələbələri rəqslər və Çin xalq mahnıları ifa edib, səhnəciklər təqdim edib, şeirlər söyləyiblər.
Qeyd edək ki, Yeni ilin qarşılanması ənənəvi Çin mədəniyyəti üçün ailə həyatında ən mühüm hadisədir.
Tehsil-press.az