Mərkəzi Elmi Kitabxanada 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş sərgi açılıb

Mərkəzi Elmi Kitabxanada 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş sərgi açılıb Bu il xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 30 ili tamam olur. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi açılıb.
Sərgi Prezident İlham Əliyevin “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” 2019-cu il 13 dekabr tarixli Sərəncamına əsasən təşkil edilib. Sərgidə “Azərbaycan terrorizmin caynağında” (Sülhiyyə Musaqızı), “Vətən yanğısı” (Budaq Budaqov), “Şəhidlər dağı” (Anar), “Şəhid idmançılar” (Dilqəm Quliyev), “Qara yanvar şəhidləri” (Qulu Kəngərli), “Azərbaycan Dövlət Neft Akademiyasının Yanvar şəhidləri” (Siyavuş Quliyev, İmran Cəfərzadə) kitabları nümayiş olunur. Sərgiyə, həmçinin “Dünyamızın 20 Yanvar faciəsi” (Haci Niftalı Şıxlar), “Mən şahidəm ki…” (Şakir Yaqubov), “20 Yanvar hadisələri, sənədlər, mövqelər, şərhlər” (Aydın Balayev, Rasim Mirzə), M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının nəşr etdirdiyi “Şəhidlər” biblioqrafiyası, “Vətən ağrısı, torpaq yanğısı”, (Allahyar Xocalı), “Şəhidlər dastanı” (Abdulla Qurbani), Azərbaycan Milli Elmlər Akademiyasının nəşri olan “20 Yanvar şəhidləri” və digər kitablar daxildir.
Qeyd edək ki, sərgidə nümayiş olunan kitablar MEK-in elektron kataloqunda yer alaraq Milli Rəqəmsal Yaddaş bazasında da yerləşdirilib.
Sərgi yanvarın 30-dək davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər