Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaşı olduğu, Avropa Komissiyasının maliyyə dəstəyi ilə gerçəkləşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Elmi işlər üzrə komitənin ilk iclası keçirilib. Tədbir layihənin koordinatoru Bakı Biznes Universitetinin təşkilatçılığı ilə onlayn formatda baş tutub.
İclasda komitənin funksiyaları, qurumun idarə heyətinin sədrliyinə namizədliyə dair tələblər, həmçinin idarə heyəti üzvlərinin və sədrin seçilməsi qaydaları ətraflı müzakirə edilib. Layihə üzrə tərəfdaşların səsləndirdiyi rəylərə uyğun müvafiq qərarlar qəbul olunub.
Sonra idarə heyətinin sədri vəzifəsini tutmaq üçün 5 nəfərin namizədliyi irəli sürülüb.
BMU-nun elmi işlər üzrə prorektoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Elçin Süleymanov 60 % səs çoxluğu ilə idarə heyətinin sədri seçilib.
Daha sonra sədr müavini vəzifəsini tutmaq üçün səsvermə keçirilib. Lənkəran Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru biologiya üzrə fəlsəfə doktoru, dosent Elvin Əliyev və Azərbaycan Texniki Universitetinin elm və innovasiyalar üzrə prorektoru texnika elmləri doktoru, professor, əməkdar müəllim Sübhan Namazov sədrin müavinləri seçiliblər.
Qeyd edək ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan Rektorlar Konfrasının tərkibində 5 komitənin – Beynəlmiləlləşmə, Tədris işləri və keyfiyyət təminatı, Elmi işlər, Strateji inkişaf və Tələbə və məzunlarla iş üzrə komitələrin fəaliyyəti nəzərdə tutulub.
Tehsil-press.az