Dünyanı öncəgörmələri ilə heyrətə salan adam –1975-ci ildə Çernobıl qəzasını, SSRİ-nin dağılma tarixini, virusun yayılacağını necə bilib?

Dünyanı öncəgörmələri ilə heyrətə salan adam –1975-ci ildə Çernobıl qəzasını, SSRİ-nin dağılma tarixini, virusun yayılacağını necə bilib? Denion Brinkli adlı bir şəxsin öncəgörmələri bu gün dünya alimləri tərəfindən ciddi şəkildə öyrənilir.
Əvvələr bizneslə məşğul olan Denison başına gələnlərdən sonra dünyanın gələcəkdə baş verənləri deməyə başlayıb.
1975-ci ildə telefonla danışdığı yerdə Denionu ildırım vurur. Bundan sonra klinki ölüm keçirən Denionun sağ qalacağına heç kim inanmırmış. O, morqda ayılıb.
Bundan sonra onda öncəgörməlik hissi yaranıb. Denion idda edib ki, ölən zaman ruhu bədəndən çıxıb və “Büllur şəhər” adlandırdığı yerə gəlib. Burada ona 13 şəffaf varlıq 12 ekrana bənzər qara qutuda dünyada gözlənilən 117 hadisəni göstərib.
Deniona deyiblər ki, “sən geri qayıtmalı və dünyanı xilas edəcək Mərkəz tikməlisən”.
Denion sağalandan sonra gördüklərini danışmağa başlayır. Hamı- Həkimlər, dostları, arvadı onu dəli hesab edrilər.
Denion nə deyirdi?
O, 1975-ci ildə deyib ki, 1986-cı ildə SSRİ-də, Çernobılda nüvə qəzası olacaq. Həmin varlıqlar ona bu qəzanın görüntülərini göstəriblər. Beton qullədən havaya qalxan qara tüstü və on minlərə ölü…
“Mən çay kənarında sıx meşəlik olan ərazi gördüm. Onun yanında nəhəng beton tikili var idi. Ürəyim anlaşılmaz bir qorxu doldu. Birdən yer tərpəndi, beton tikilinin dağıldı. Mən bildim ki, bu minlərlə insanı öldürəcək nüvə partlayışıdır. Həmin görüntülərin fonunda tarix də görünürdü – aprel-may 1986-cı il”-deyə Denion Brinkli 1975-cı ildə yazıb.
Onun həmçinin Fransada karikatura böhranı, ərəb dünyasında etirazlar başlanacağı barədə uzaq 1975-ci ildə dedikləri 2005-ci ildə dünyanı mat qoydu.
Denien yazmışdı: “2004-cü ildə Fransada bütün ərəb dünyasını qəzəbləndirəcək və etriazlar yaradacaq kitab nəşr olunacaq. Elə həmin vaxtda Misir demokratiya yolundan imtina edəcək və islam fanatizminin mərkəzinə çevriləcək. Mən həmçinin Yuqoslaviya ərazisində hərbi münaqişələri gördüm”.
Brinkli Denison 1975-ci ildə Yuqoslvaiyada müharibənin başlanacağını, müsəlman dini hərəkatın Misirdə hakimiyyəti ələ keçirəcəyini və Fransada karikatura qalmaqalını dəqiqliklə deyə bilib.
Daha sonra deyib ki, 1990-cı ildə SSRİ dağılacaq. Bundan sonra dünya dəyişəcək. Varlıqlar ona sosial böhran içində olan Rusiya küçələrində mağazalar qarşısında növbəyə duran milyonlarla adamın əksi olan görüntüləri göstəriblər.
Denion daha sonra 1991-ci ildə ABŞ-ın İraqa müdaxiləsi ilə tarixə düşən “Səhrada fırtına” hərbi əmliyyatının başlanacağını xəbər verib. O Yuqoslaviyanın dağılacağını da açıqlayıb.
Denison bunları danışanda hamı deyirmiş ki, “sən dəli olmusan!”
70-cı illərdə ABŞ-da tanınmış olan psixoloq-həkim və araşdırmaçı Ceyms Moudi klinki ölüm keçirmiş şəxslərin dedikləri əsasında yazdığı “Ölümdən sonrakı həyat” kitabı ilə çox məşhur idi. Doktor Moudi Denisonu axtarıb tapır. Onun bütün dediklərini qeydə alır.
Alim də onun SSRİ barəsində dediklərinə inamsızlıqla baxır.
Denison isə ona deyir ki, “doktor, mən 1992-ci ildə Moskvada olacağam, küçələrdə növbəyə dayanmış, yemək tapmayan insanları müşahidə edəcəyəm. Mənim yanımda da siz olacaqsınız”.
Üstündən 18 il ötəndən sonra -1992-ci ildə Denison və Moudi Moskvada gəzərkən doktor bu sözləri xatırlayıb.
Denisonun 117öncəgörməsindən 95-i doğrulub. Qalanları da vaxtını gözləyir.
1977-ci ildə Denion Moudiyə deyir ki, yaxın illərdə baş hərfləri “R.R” adlı kinoaktyor ABŞ prezidenti olacaq. Klinki ölümü zamanı olduğu “Büllur şəhərdə” ona qara qutuda həmin adamı göstəriblər. Filmlərdə at sürür, kovboy obrazında oynayırdı. Amma üzünü göstərməyiblər.
Moudi inanmır. Aktyor hara, prezident hara? 1980-ci ildə kinokatyor Ronald Reyqan prezident seçilir.
Onun öncəgörmələri 21-ci əsri də əhatə edir.
1975-ci ildə Brinkli yazıb: “…Mənə göstərilənlər uzaq gələcəklə bağlı idi. Alimlər DNK kodunun sirlərini biləndən sonra idarə olunan viruslar yaratmağı öyrənəcəklər.
“…Daha sonra mən bol bəhrəli məhsul tarla və bağlar, onların yanında isə tikanlı məftillərin o tərəfində duran yüzlərlə ac və taqətdən düşmüş insanları gördüm. Daha sonra gözümün önündən suya qərq olmuş, palçıq altında qalan bir neçə Avropa dövlətinin paytaxtı keçdi”.
Denion deyib ki, 2025-ci ilə qədər bütün insanlara çip qoyulacaq. Bunu həkimlər sağlamlıq üçün izah etsələr də xüsusi xidmətlər insanlara nəzarət üçün istifadə edəcəklər:
“…Yaponiya, Çin və birləşmiş Koreya elektron “soxulcanların” köməyi ilə dünyanın bütün komputer sisteminə nufuz edəcəklər. Onların korporasiyaları texnoloji virusa qarşı yeganə müdafiə sistemi olacaq. Bu viruslar bütün sistemləri –məişət tozsorandan tutmuş kosmik stansiyaya qədər hər şeyi məhv edə biləcək gücə olacaq. Bu korporasiyaların başçıları Dünya Hakimiyətini yaradacaqlar. 21-ci əsrin ikinci onilliyində hər bir insana komputer çipləri qoyulacaq. İnsanlara belə total nəzarət bir sıra qiyam və etirazlar yaratsa da onlar tez bir zamanda yatırılacaq”.
O, digər bir öncəgörməsində yazır ki, boş Avropa şəhərlərində qara uniformalı qadın polklarının addımladığını görüb.
… Mən cənub səhralarından tutmuş şimal dəizlərinə qədər xaos və dəhşət gördüm. Bir səhnə məni daha çox sarsıtdı. Bir Avropa şəhərində qara uniforma geymiş, qəhvəyi baş örtüyü taxmış qadın polkları paytaxt küçələrində addımlayırdı”–deyə Denison kitabda yazır.
Denion Rusiyanın taleyi barədə danışarkən deyib ki, “Rusiyanın başına gələnlər bütün dünyanın da başına gələcək”.
Denion yazır ki, ona ABŞ prezidentlərini, Çernobıl AES-də və Yaponiyadakı Fukuyama AES-də qəzanı, SSRİ-nin dağılmasını, Fars körfəzində müharibəni, Avropanı böhara salacaq miqrant dalğasını və daha bir çox məsələləri göstəriblər.
Brinklinin öncəgörmələrini araşdıran mütəxəssislər təsdiq edir ki, onun dediyi 117 hadisədən 95-i artıq baş verib.
Denion fenomeni bu gün dünyada ciddi şəkildə öyrənilir. Amma onun gələcəyi belə dəqiqliklə necə görə bilməsi sirr olaraq alır.
Brinikli Denion bütün başına gələnlər və öncəgörmələrini 1994-cü ildə yazdığı “Nurla qurtulanlar” kitabında ətraflı yazıb. Kitab bu gün də çox populyardır. ABŞ-da bununla bağlı 1995-ci ildə bədii film də çəkilib.

Tehsil-press.az

Oxşar xəbərlər