Bill Qeyts pandemiyanın qarşısının alınması haqqında kitab yazıb

Bill Qeyts pandemiyanın qarşısının alınması haqqında kitab yazıb “Microsoft”un yaradıcısı Bill Qeyts “Növbəti Pandemiyanın qarşısını necə almalı” (“How to Prevent the Next Pandemic”) adlı kitab yazıb.
Bu barədə milyarder öz saytında xəbər verib.
Onun fikrincə, koronavirus pandemiyası bəşəriyyət üçün sonuncu ola bilər. Qeyts öz kitabında gələcəkdə oxşar qlobal hadisələrin qarşısını almaq və planetdəki bütün insanlara daha yaxşı sağlamlıq xidməti göstərmək üçün atıla biləcək addımları qeyd edib.
O, həmçinin patogenlərə qarşı erkən mübarizə üçün lazım olan vasitələrdən danışıb.
Kitabın mayın 3-də nəşri gözlənilir.
Bundan əvvəl Bill Qeyts ümid etdiyini bildirmişdi ki, COVID-19 pandemiyasının 2022-ci ildə sona çatacağına baxmayaraq, “Omikron” ştammının yaranması ilə dünya onun ən çətin dövrünü keçirə bilər.

Tehsil-press.az


Oxşar xəbərlər